
Bakının şimal girişində sıxlıq azalacaq – Yeni yol tikilir
Pirşağı–Novxanı–Xırdalan–M-4 avtomobil yolunun tikintisi davam edir və 20 Yanvar istiqamətində Bakıya daxil olan nəqliyyatın təxminən 20–30 faiz azalması gözlənilir. Yol Abşeron yarımadasındakı yaşayış məntəqələrinin Bakı–Quba və Bakı–Şamaxı yollarına paytaxtdan keçmədən çıxışını təmin edəcək.
Mənbə: banker.az